Multidissiplinar Xərçəng Müalicəsi Kursu

|

Milli Onkologiya Mərkəzi ilə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) birgə əməkdaşlığı çərçivəsində 15-16 Sentyabr 2018 il tarixdə “Multidissiplinar Xərçəng Müalicəsi Kursu” (Multidisciplinary Cancer Management Course) adlı tədbir planlaşdırılır.Kurs süd vəzi xərçəngi və baş-boyun şişlərinin müalicəsində multidissiplinar yanaşmanın, istifadə edilən klinik protokolların əhəmiyyəti, aparılan cərrahi, kimya və şüa müalicəsində son yeniliklər, yeni hədəf preparatların tədbiqi ilə əlaqəli olacaq.Tədbirdə Amerika Klinik Onkologiya cəmiyyəti tərəfindən dəvət olunmuş mütəxəssislər professor Julia Gralov, Herbest Loong, Carlos Garcia Etinne, David Raben, Tan İnce iştirak edəcəklər. Kursun müxtəlif xəstə təqdimatlarının müzakirəsi ilə interaktiv şəkildə keçirilməsi düşünülür. Tədbirin dili İngilis dilində ( tərcümə ilə birgə) olacaq.Tədbirdə iştirak ödənişsizdir.Yerlər məhdud olduğu üçün qeydiyyatdan ilk keçən şəxslər iştirak edə biləcəklər.