26.02.2024

16 mart  2024-cü il tarixində “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda konfrans keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi, Milli Onkologiya Mərkəzi və Avrasiya Onkoloji Dərnəyinin təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycan və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin müasir müalicə üsullarını əhatə edəcək mövzularla çıxış edəcəklər.

ətraflı...

01.12.2023

1-2 dekabr 2023-cü il tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
edilmiş VI Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilməsi planlaşdırılır. Simpozium Milli
Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilir.

ətraflı...

15.09.2023

15.09.2023-cü il tarixində Milli Onkologiya Mərkəzinin qiyabi dokrorantı Həsənova Həcər Nazim qızının 3224.01 “onkologiya”  ixtisasında  “Qida borusunun bədxassəli disfagiyalarının müalicəsində endoskopik stentləşmə metodunun qiymətləndirilməsi”  mövzusunda yazdığı dissertasiya işinin rəsmi müdafiəsi keçiriləcək.

ətraflı...

20.06.2023

23.06.2023-cü il tarixində 3225.01 “şüa diaqnostikası və terapiyası” ixtisasında tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan Ə.Əliyev adına Azərbaycan  Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun doktorantı Aydın Hakim oğlu Mirzəyevin “Dağınıq sklerozda baş beyinin maqnit-rezonans tomoqrafik morfometriyasının diaqnostik və proqnostik əhəmiyyəti” mövzusunda   dissertasiya işinin rəsmi müdafiəsi keçiriləcək.

ətraflı...

15.03.2023

15 mart 2023-cü il tarixində Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Rəhim Nurməmməd oğlu Rəhimovun anadan olmasının 100 iliyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransın keçiriləcək.

ətraflı...