Dr. Əliyev Cəmil Əziz oğlu
akademik, onkoloq cərrah
  • 30.03.1946
    • Əliyev Cəmil Əziz oğlu 1946- cı il martın 30-da Bakı şəhərində görkəmli ictimai xadim, məşhur alim Əziz Əliyevin ailəsində anadan olmuşdur.
    • 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstutunu (hazırki Azərbaycan Tibb Universiteti) bitirmişdir.
    • 1973-ci ildə Bakı şəhərində “onkologiya” ixtisası üzrə “Alt dodağın  dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
    • 1978-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji  Mərkəzində  “onkologiya” ixtisası üzrə “Dəri xərçəngi və melanoma zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
    • 1987-ci ildə SSRİ AAK tərəfindən elmi kadrların yetişdirilməsi sahəsində xidmətlərinə görə “onkologiya” ixtisası üzrə professor elmi adı verilmişdir.
    • 1994-cu ildən C.Ə.Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasının rəhbəridir.
    • Akademik C.Ə.Əliyev süd vəzilərinin, baş və boynun, yumşaq toxumalarının şişlərinin müayinəsi və müalicəsi sahəsində aparıcı mütəxəssislərindən biridir. O, Azərbaycanda süd vəzlərinin diaqnostikası və müalicəsi üzrə elmi məktəbini və müasir kliniki onkologiyanın banilərindən biridir. C.Ə.Əliyev Azərbaycanda onkologiya  elmi  məktəbinin yaradıcısı və rəhbəridir.
    • Akademik C.Ə.Əliyev Bakı və Moskva şəhərlərində dərc olunmuş 17 monoqrafiyanın (bunlardan biri ingilis dilindədir), tələbələr üçün vəsaitin, 10 ixtiranın, 600-ə yaxın dərc olunmuş elmi məqalələrin müəllifidir.
    • Akademik C.Ə.Əliyev öz tədqiqatlarının nəticələri haqqında müxtəlif beynəlxalq konfranslarda Özbəkistanda, Rusiyada, İngiltərədə, Almaniyada,  Fransada, Avstriyada, İtaliyada, Türkiyədə, Yaponiyada, ABŞ-da məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi ilə 8 elmlər doktorluğu və 40 dan çox tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.
  • 1968-1972 Azərbaycan Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun laborant, assistenti
  • 1973-1978 Rusiya Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji Mərkəzində elmi işçi, böyük elmi işçi;
  • 1978-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rentgenologiya, Radiologiya və Onkologiya Elmi Tədqiqat İnstitutunun (hazırkı Milli Onkologiya Mərkəzi) ümumi onkologiya şöbəsinin rəhbəri.
  • 1980-1990 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Rentgenologiya, Radiologiya və Onkologiya Elmi Tədqiqat İnstitutunun (hal-hazırda Milli Onkologiya Mərkəzi) elmi işlər üzrə direktor müavini
  • 1990 ildən Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Baş direktoru
  • 1980 SSRİ Səhiyyə Akademiyasının N.N.Petrov adına mükafatın laureatı
  • 1996 AMEA-nın Y. Məmmədəliyev adına mükafatın laureatı
  • 2003 ARSN-nin akad.M.Topçubaşov adına mükafatın laureatı
  • 1991 Hammersmit Hospitalının (London Universiteti) fəxri professoru
  • 1995 Nyu-York Akademiyasının həqiqi üzvü
  • 1995 MDB ölkələrinin Onkoloqları Assosiasiyasının üzvü
  • 1997 Avropa Onkoloqlar Cəmiyyətinin üzvü
  • 1988 “Həkimlər nüvə müharibəsi əleyhinə” Beynəlxalq Təşkilatın Azərbaycan Komitəsinin sədri
  • 1979 Respublika Onkoloqları Elmi Tibbi Cəmiyyətinin sədri
  • 1993 “Onkologiya” və “şüa diaqnostikası, şüa terapiyası” ixtisasları üzrə Dissertasiya şurasının sədri
  • 1995 “Azərbaycan hematologiya və onkologiya jurnalı”nın (hal- hazırda “Azərbaycan onkologiya jurnalı”) Baş redaktoru
  • 1988 “ Azərbaycan tibb jurnalı”nın redaksiya heyətinin üzvü
  • 1995 “Sağlamlıq” jurnalının redaksiya heyətinin üzvü
  • 2003 “Биомедицина” jurnalının redaksiya heyətinin üzvü
  • 1984 Azərbaycan Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” nişanı ilə təltif olunub
  • 2006 Azərbaycan Respublikasının “Şöhrət ordeni”ilə təltif olunub
  • 2011 Beynəlxalq Ekoenergetika Akademiyasının Böyük qızıl medalı ilə təltif olunub
  • 2015 qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı fundamental elmi əsərlərinə görə AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə təltif olunub.
  • 2015 Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki adına və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.
  • 2000 Azərbaycan Respublikasının əməkdar elm xadimi
  • 2001 RF Rusiya Səhiyyə Akademiyasının akademiki
  • 2001 RF Təbiət Elmləri Akademiyasının akademiki
  • 2001 Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
  • 2010 Avropa Təbiət Elmləri Akademiyasınn akademiki
  • 2010 Gürcüstan Elmlər Akademiyasının akademiki
  • 2011 Dağıstan Respublikasının əməkdar elm xadimi