Milli Onkologiya Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin missiyası Azərbaycan Respublikasında xərçəng müalicəsi və profilaktikası istiqamətində Mərkəzin rəhbərliyi, həkim və elmi işçilərinin gördüyü işləri dəstəkləməkdir. Dəstək yerli və qlobal xərçəng təşkilatları, universitetlər və elmi-tədqiqat institutlarına üzvlük və onlarla ikitərəfli əməkdaşlığa həsr olunmuş proqramlar vasitəsilə həyata keçirilir.

Beynəlxalq əlaqələr şöbəsi Milli Onkologiya Mərkəzinin təşkil etdiyi təlimlər, ictimai maarifləndirmə kompaniyaları və konfransları istiqamətləndirir. Şöbəmiz həkimlərə təlim və konfranslarda iştirak etmək, eləcə də qarşılıqlı təhsil və tədqiqat fəaliyyəti üçün xarici mütəxəssisləri cəlb etmək məqsədilə beynəlxalq institutlarla əlaqə yaratmağa imkan verir. Bundan əlavə, şöbə yerli və beynəlxalq tədqiqat proqramları və kliniki sınaqlarda fəal iştirak etmək və cəlb olunmaq üçün MOM və onun əməkdaşlarına imkan yaratmağa çalışır. Hal-hazırda, Mərkəzdə keçirilən, tədqiqatlar onkoloji xəstəliklərin molekulyar və genetik aspektləri, həmçinin xərçəngin müxtəlif növlərinin müalicəsi və diaqnostikası ilə bağlıdır.

Beynəlxalq əlaqələr şöbəsi Beynəlxalq Xərçəng Registrlərin Assosiasiyasının üzvləri olan Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri və Milli Uşaq Xərçəngi Sub-Registrinin işlərini dəstəkləyir və koordinasiya edir


Bizimlə əlaqə:
Bakı ş. H. Zərdabi küçəsi, 79B
Telefon: 012 5370811 ext 3135
e-mail internationalnoc@gmail.com