“Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” adlı elmi konfrans
09.05.2021|
Oxunma sayı: 2546
Şriftin ölçüsü
21 may 2021-ci il tarixində Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” adlı elmi konfrans keçiriləcək. Tədbir Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Amerika Kliniki Onkologiya Cəmiyyəti və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirdə Azərbaycanda onkologiya sahəsinin inkişafından danışılacaq, həmçinin, Amerika Birləşmiş Ştatları, Türkiyə, Birləşmiş Krallıq, İtaliya və Azərbaycandan olan mütəxəssislər bədxassəli şişləri əhatə edən müxtəlif mövzularla çıxış edəcəklər.
Konfrans 21 may “ZOOM” platforması üzərindən onlayn formatda saat 9:30 başlayacaq.
“Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” adlı elmi konfransda iştirak etmək üçün aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz:
Tədbirin başlamağına 24 saat qalmış qeyd etdiyiniz elektron ünvana iştrak üçün məlumat göndəriləcək. 19 may 2021-ci il qeydiyyat üçün son tarixdir.
11.12.2024
Milli Onkologiya Mərkəzi əməkdaşlarının nüfuzlu beynəlxalq jurnalda məqalələri dərc olunmuşdur 07.12.2024
Naxçıvanda elmi-praktik konfrans keçirilib 06.12.2024
MOM-də seminar keçirilmişdir 22.11.2024
“Onkoloji xəstəliklərin müalicəsində perioperativ dövrə müasir yanaşma” mövzusunda seminar 16.11.2024
Leyla Əliyeva uşaqları ziyarət edib