Uşaq onkologiyası mövzusunda seminar

|

12  dekabr  2015-ci ildə MOM – un  konfrans zalında Bakı şəhəri poliklinikalarının  200  yaxın həkim -  pediatrlarının iştirakı ilə uşaq onkologiyası mövzusunda seminar keçirilmişdir.  Seminarda MOM- un Uşaq Klinikasının mütəxəssisləri öz məruzələri ilə çıxış etmişdilər.

Seminarı MOM – un baş həkimi  Azad Kərimli açmışdır. Baş həkim öz məruzəsində Mərkəzin əldə etdiyi nailiyyətlərdən və imkanlarından məlumat vermişdir. Sonra t.e.d. Reyman İsmayılzadə , həkimlər Günel Ələsgərova, Nailə Məmmədova, Aliyə Ağayeva və  Həcər Həsənova öz məruzələri ilə çıxış etmişdilər. Məruzələr uşaq onkologiyasının inkişafı, müasir diaqnostika və müalicə metodları və erkən diaqnostika məqamları mövzularına həsr olunmuşdur.  Sonda seminar iştirakçılarına Uşaq Klinikasının diaqnostika imkanlarından bəhs edən bukletlər və materiallar paylanılmışdır.