Onkoginekolojı xəstəliklərə multidisiplinar yanaşma

|

22 aprel 2019-cu il tarixlərində saat 14:30-da Milli Onkologiya Mərkəzində cərrah-ginekoloq, Dr.Zaher Halvani və Milli Onkologiya Mərkəzinin həkimləri "Onkoginekolojı xəstəliklərə multidisiplinar yanaşma" tədbirində çıxış edəcəklər. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akreditasiya olunub və 5 kredit balı verilib.
Qeyd edək ki, Dr. Zaher Halvani Almaniyanın aparıcı mütəxəssislərindən biridir və Berlində "Vivantes Humboldt Hospital" Ginekologiya şöbəsinin rəhbəridir.
Tədbir aprel ayının 22-si Milli Onkologiya Mərkəzi, Müalicə korpusu, Konfrans zalında təşkil olunacaq. Qeydiyyat saat 14:00-14:30 qədər davam edəcək.
Tədbirdə iştirak etmək üçün əlaqə:
e-mail : internationalnoc@gmail.com
mob.: +994554955569