Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma
Noyabrın 23-də Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondu “Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfransda Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri bədxassəli şişlərin diaqnostika və müalicəsini əhatə edən müxtəlif mövzularda məruzələrlə çıxışlar edəcəklər.Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiyadan keçmişdir və 4 kredit vahidi verilmişdir.Konfrans üçün qeydiyyat 23 noyabr saat 09:00-da başlayır.