9-12 iyul 2015-ci ildə Tomsk şəhərində
9-12 iyul 2015-ci ildə Tomsk şəhərində “ Şiş və mikroəhatənin qarşılıqlı əlaqələrinin hüceyrə və molekulyar mexanizmləri” mövzusuna aid beynalxalq konfrans keçiriləcək.Təşkilatçılar: Tomsk Onkoloji ETİ, Tomsk Dövlət Universiteti, Heydelberq Universiteti (Almaniya), “Gələcəyin Tibbi” TP, Rusiya Fundamental Tədqiqatlar Fondu (RFTF), Avropa Molekulyar Biologiya Təşkilatı (AMBT).Konfransda xərçəng xəstəliyinin səmərəli diaqnostika və müalicə üsullarının hazırlanmasında vacib olan hüceyrə və molekulyar biologiya, onkilogiya, immunologiya, gen mühəndisliyi,virusologiya, biofizika sahəsində əldə olunan qabaqçıl nailiyyətlər haqqında danışılacaq.