3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu

|

2019-cu il noyabrın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu keçiriləcəkdir.

Simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu məsələləri müzakirə ediləcəkdir. 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumunda Azərbaycan ilə yanaşı Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 16 kredit vahidi verilmişdir.

Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Simpoziumda qeydiyyat ixtisas üzrə aparılır: onkoloq, uroloq və radioloqlar iştrak edə bilər. Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edin: http://mom.gov.az/?smode=register&item=667&lang=az

Simpozium Holiday İNN oteldə saat 09:00 başlayacaq.

Tədbirdə iştirak pulsuzdur.

Ətraflı məlumat üçün:

mob.: +994554955569

e-mail: internationalnoc@gmail.com