“Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” Vebinar

|

Millli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkili ilə 2 sentyabr 2022-ci il tarixində “Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” adlı vebinar keçiriləcək.

Vebinarda professor Laszlo Tabar süd vəzi xərçənginin diaqnostikası və müalicəsində çox mühüm yeniliyi əhatə edəcək mövzu ilə çıxış edəcək.

Dr. Laszlo Tabar dünya miqyasında süd vəzi xərçəngi ilə mübarizədə mühüm töhfə vermiş və 40 ildən çox davam edən karyerasında bu xəstəlik ilə bağlı vacib yeniliklərə imza atmışdır.  O, İsveçrə Uppsala Universitetinin radiologiya üzrə professoru,  Falun Mərkəzi Xəstəxanasının Mamoqrafiya şöbəsinin tibbi direktoru, Amerika Birləşmiş Ştatlarında çoxsaylı süd vəzi mərkəzlərinin məsləhətçi radioloqu, “Randomized Controlled Breast Cancer Screening” layihəsinin rəhbəri, “Mammography Education Inc.”-in prezidentidir.


Tədbir ingilis dilində ZOOM platforması üzərindən onlayn şəkildə keçiriləcək.

Tarix: 2 sentyabr 2022-ci il, saat 19:00

“Süd vəzi xərçəngi diaqnostikası və müalicəsində yeni era” vebinarına qeydiyyat bu link vasitəsi ilə aparılır: 

Son qeydiyyat tarixi: 01 sentyabr, 2022 saat 12:00

Tədbirin başlamasına 24 saat qalmış qeydiyyat zamanı qeyd etdiyiniz elektron ünvana iştirak üçün link və məlumat göndəriləcək.