“GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi”
03.03.2022|
Oxunma sayı: 1709
Şriftin ölçüsü
11 mart 2022-ci il tarixində saat 11:00-da AMEA Biofizika İnstitutunda “Elm günü”nə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçiriləcək.
Seminar mövzusu barədə qısa məlumat (annotasiya): GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan danışılacaq. Bu analizin tətbiq ediləcəyi xəstə kontingenti və tibbi müəssisələr göstəriləcək. Eyni zamanda skrininq metod kimi istifadə ediləcək kitin və müvafiq protokolun hazırlanması, o cümlədən praymerlərin dizaynı, PZR-metod rejiminin seçilməsi, agaroza-gel elektroforez və gözlənilən fraqmentlərin aşkarlanması yolları təqdim olunacaq. Seminarda əlavə olaraq, artıq Milli Onkologiya Mərkəzində müəyyən bir qrup xəstənin müalicəsində istifadə edilən “CANCER PANEL”lərindən biri təqdim ediləcək.
Seminar Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyası və AMEA Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyası tərəfindən keçiriləcək.
Məruzəçilər:
1. Səbinə Mehdizadə (həkim);
2. Elnarə Əliyeva (mühəndis-genetik);
3. Məlikova Leylaxanım (molekulyar bioloq və genetik).
Maraqlananlar dəvət olunurlar.
Əlaqə nomrəsi: 432 6714
E-mail: florida.r.yahyayeva@mail.ru
Ünvan: AMEA Biofizika İnstitutu, Bakı ş., Zahid Xəlilov küç, 117
Qeydiyyat: 11 mart 2022-ci il saat 10:45
Seminar hibrid formatda keçiriləcək. Seminarda aşağıda qeyd edilən linkdən istifadə edərək onlayn iştirak etmək mümkündür:
Konfrans ID: 426 950 9619
Şifrə: 8nthY6
25.12.2024
25.12.2024 11.12.2024
Milli Onkologiya Mərkəzi əməkdaşlarının nüfuzlu beynəlxalq jurnalda məqalələri dərc olunmuşdur 07.12.2024
Naxçıvanda elmi-praktik konfrans keçirilib 06.12.2024
MOM-də seminar keçirilmişdir 22.11.2024
“Onkoloji xəstəliklərin müalicəsində perioperativ dövrə müasir yanaşma” mövzusunda seminar 16.11.2024
Leyla Əliyeva uşaqları ziyarət edib