“Ağrı müalicəsinə multidisiplinar yanaşma“ adlı seminar

|

16-21 dekabr 2019-cu il tarixində baş tutacaq Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində dekabrın 21-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində “Ağrı müalicəsinə multidisiplinar yanaşma“ mövzusunda seminar keçiriləcək. Tədbirdə Azərbaycan mütəxəsisləri ilə yanaşı İsrailin Ağrı üzrə Tibb İnstitutu və Rambam Dövlət Tibb Mərkəzinin aparıcı mütəxəssisi doktor Rimma Geller təqdimatlarla çıxış edəcək.

Seminar çərçivəsində “Əməliyyat yolu ilə bel ağrılarını aradan qaldırmaq mümkün olmadı. Problemi necə həll etməli?” adlı treninq keçiriləcək və əməliyyatxanadan birbaşa canlı yayımlanacaq.

Tədbir Milli Onkologiya Mərkəzi, Böyük Konfrans zalında keçiriləcək. Qeydiyyat 21 dekabr saat 9:00-da başlayacaq. Tədbirdə iştirak üçün anestezioloq-reanimatoloqlar dəvətlidir. İştirak ödənişsizdir və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçmişdir və 4 kredit vahidi verilmişdir.

Aşağıdakı linkdən istifadə edərək öncədən qeydiyyatdan keçə bilərsiniz:

 http://mom.gov.az/?smode=tedbirler

Ətraflı məlumat üçün:

mob.: +994554955569

e-mail: internationalnoc@gmail.com