“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzi Uşaq Onkoloji Klinikasının qonağı oldu

|

Oktyabrın  19-da  Milli Onkolologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasında “LOQOS” Psixoloji və Nitq İnkişaf  Mərkəzi onkoloji xəstə uşaqlar üçün  əyləncəli tədbir keçirib. Təbəssüm bəxş edən klounlar,  müxtəlif  şirniyyatlar və hədiyyələr uşaqların əhvalını yüksəldərək tədbirə rəng qatıb. Tədbirdən sonra Mərkəzin psixoloqları  uşaq klinikasında çalışan həkimlərlə , xəstə uşaqlarla və onların valideynləri ilə yaxından tanış oldu, öz mərkəzləri haqqında onları məlumatlandırdı. 

“LOQOS” Psixoloji və Nitq İnkişaf  Mərkəzinin Uşaq Onkoloji Klinikası ilə əməkdaşlığının əsas amalı  onkoloji xəstə uşaqlara psixoloji və mənəvi dəstək verməkdir. Psixoloqlar xəstə uşaqlarla və onların valideynləri ilə mütəmadə  görüş (seans)  keçirməyi planlaşdırıblar.