Onkoginekologiya Şöbəsi





Qadınların reproduktiv sistemi orqanlarının xoşxassəli və bədxassəli xəstəliklərinin profilaktika və müalicəsinin innovasiya üsullarının yaradılması və tətbiqi və Azərbaycan qadınlarına ginekoloji və onkoginekoloji yardımın səviyyəsinin dünya standartlarına çatdırılması, pasiyentlərimiz haqqında qayğı və layıqlı həyat keyfiyyətinin təminatı bizim əsas prioritetimizdir.

Şöbədə tətbiq edilən diaqnostika,  müalicə və sonrakı müşahidə üsulları,  sübutedici tibbin  müasir prinsiplərinə əsaslanır. Milli Onkologiya Mərkəzinin onkoginekoloji şöbəsi göstərilən ginekoloji yardımın həcmi və spektrinə görə ölkədə aparıcı yerlərdən biridir.

Onkoloji xəstəliklərin bütün ağırlığını nəzərə alaraq,  bizim şöbəmiz, hər bir pasiyentə fərdi fənlərarası yanaşmanın təminatı və diaqnostikanın və müalicənin optimal metodunun seçimi məqsədi ilə əlagəli tibb  sahələrin mütəxəssisləriylə sıx əməkdaşlıq edir. Şöbədə qabaqcıl təhsil texnologiyaları tətbiq edilir.

Mərkəzin rəhbərliyinin sayəsində, şöbəyə təcrübə mübadiləsi üçün, xarici mütəxəssislər dəvət edilir və onların təcrübəsi şöbənin işində fəal tətbiq edilir.  Şöbənin həkimləri aparıcı avropa klinikalarında təkmilləşdirilmə kurslarına göndərilirlər, Azərbaycanda və xaricdə ixtisas üzrə konqres, simpozium, konfranslarda  daim iştirak edirlər və bununla da öz peşəkar səviyyələrini artırırlar.

Mərkəzin onkoginekoloji şöbəsinin müalicə və operativ fəaliyyətinin əsas istiqamətləri kiçik çanaq orqanlarının müxtəlif patologiyalarında təcili və planlı əməliyyatlardır,  xüsusilə, laparoskopik üsulla. Onkoqinekologiya şöbəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir ki, bu da öz növbəsində, yüksək texnoloji səviyyədə müalicə-diaqnostik manipulyasiyaları və tədqiqatları yerinə yetirməyə imkan verir.

Əsas elmi istiqamətləri :

  • Мüasir endoskopik texnologiyaların tətbiqinə əsaslanaraq onkoqinekoloji və ümumqinekoloji əməliyyatların texnikasının təkmilləşdirilməsi (laparoskopiya, histerorezeksiya, translyuminal cərrahiyyə – N.O.T.E.S), uşaq doğma qabiliyyətli qadınlarda fertilliyi saxlamağa imkan verən unikal orqansaxlayıcı əməliyyatların aparılması.  Аzərbaycanda ilk dəfə olaraq, MOM-un onkoqinekoloqiya şöbəsində vahid portdan total laparoskopik  histerektomiya əməliyyatı icra edilmişdir (SILS).
  • Ginekologiyada plastik cərrahiyyə.
  • Qadın cinsiyyət orqanlarının bədxassəli törəmələrinin erkən diaqnostikasına yeni yanaşmaların hazırlanması. Məlumat bazasının yaradılması.
  • Onkoginekoloji təcrübədə  qisterorezektoskopik əməliyyatların  keçirilməsinin kliniki protokolu  hazırlanmışdır.
  • “Operativ ginekologiyada tromboembolitik ağırlaşmaların profilaktikasının müasir strategiyası” klinik protokolu hazırlanmışdır və praktikada tətbiq edilmişdir.

Şöbənin əməkdaşları qadın cinsiyyət sferasının xəstəliklərinin diaqnostika və müalicə imkanlarının genişləndirilməsinə və ən son metodikaları tətbiq edərək,  qadının reproduktiv funksiyasının yaxşılaşdırılmasına və qadın əhalisinin sağlamlaşdırılmasına çalışırlar.