Anesteziologiya və reanimasiya şöbəsi



Milli Onkologiya Mərkəzində anesteziologiya və reanimasiya şöbəsi 1978ci ildə yaranmişdir. Şöbə müdirləri Məmmədov Köçəri, Rizvanov Cora, Abbasov Fazil, Yagubov Rüfət olmuşdular. 2009 –ci ildən Milli Onkologiya Mərkəzində anesteziologiya şöbəsi ayrı qurum kimi fəaliyyətə başlamişdir. 2009-ci ildən indiyə kimi şöbə müdiri vəzifəsində Qasimov Azər çalişir. MOM-un anesteziologiya şöbəsinin işi müasir anesteziya metodlarının tətbiqi əsasında qurulmuşdur :müxtəlif inqalyasion anestetiklərin istifadə olunmaqla çoxkomponentli ümumi anesteziya, total venadaxili anesteziya -tətbiqi əsasında qurulmuşdur.

                 

Qaz mübadiləsinin təmin edilməsi üçün oro-nazotraxeal intubasiyasi, tək ağciyər ventilyasiyasi ücün bronxoblokatorlar ,laringial maskaların müxtəlif modifikasiyasi istifadə edilir. Təcrübədə regional blokadaların ( spinal,epidural,spino-epidural anesteziya) müxtəlif variantları geniş istifadə edilir.

Anesteziologiya şöbəsinin əməkdasları 12 əməliyyat otaqlarının işini təmin edir. Burada onkologiyanın bütun sahələrini əhatə edən cərrahi əməliyyatlar aparılır.

12 əməliyyat otağı və 2 ayıltma palataları dünya standartlarına cavab verən ən müasir anestezioloji və reanimatoloji avadanlıqlarla təmin olunubdur:

  • narkoz –tənəffüs aparatı Drager Primus
  • kardiomonitor infinity DeltaXL

BIS aspect monitoru,Covidien -sedasiyanin və narkozun dəriniyini ölçülməsi ücün :

  • agciyərin süni ventilyasiyası aparatı (Heyer)
  • defibrilyator (Primedik)
  • infuzomatlar.perfuzorlar(Braun)

Risk faktorlarını təyin etmək və mümkün qədər riskləri minimuma endirmək məqsədi ilə şöbənin əməkdaşları tərəfindən əməliyyat qabağı konsultasiyalar aparılır.

                     

Bütün bunlar cərrahlara ağir əməliyyatlari,o cümlədən yanaşı gedən ağir xəstəliklər və məhdud funksional rezervi olan xəstələrdə,əməlıyyat aparmağa imkan yaradir.

Bundan basqa şöbənin əməkdaşları müxtəlif muayinələrin, invaziv endoskopiya,braxioterapiya həyata kecirilməsi zamanı pasientlərin anesteziyasını təmin edirlər.

Ümumiyyətlə 2013 ildə 5000 dən çox anesteziya aparılıb.

Şöbənin əməkdaşları mütəmadi olaraq Avstriya,Türkiyə,Rusiya,Belorusiyanın aparıcı klinikalarında ixtisas artırma kursları keçiblər.

Şöbənin əməkdaşların elmi araşdırmaların maraq dairəsinə onkoloji xəstələrin perioperasiyon agirlaşmaların profilaktikası və terapiyasına yönəlmə anesteziya metodları optimallaşdırması daxilidir.

Hal-hazırda şöbədə mədə xəçəngi ilə xəstələrdə genişləşmiş kombinə olunmuş gastrektomiyadan sonra ion və karbohidrogen mübadilələrin korreksiya yolları mövzusunda elmi araşdirma aparilir.