Ümumi məlumat
Ümumi müddəalar
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və rezidenturada hazırlığın səviyyəsinə ümumi tələblər qoymaqla, yüksəkixtisaslı həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına təhsilin keyfiyyət səviyyəsinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması şərtilə respublikanın ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və respublikada verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır.
1.2. Bu Qaydalar respublikanın bütün ali tibb təhsili və elmi müəssisələrinə şamil edilməklə, rezidenturada təhsilin məzmununa, ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirir.
1.3. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır və burada təhsil dövlət təhsil standartı və proqramına uyğun hazırlanmış tibb təhsili proqramları əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır.
1.4. Rezidenturada baza ali təhsili olan Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər təhsil ala bilərlər.
1.5. Azərbaycan vətəndaşları üçün rezidentura təhsili dövlət hesabına və ya ödənişli əsaslarla aparılır.
1.6. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsilin müddəti müvafiq təhsil proqramları ilə müəyyənləşdirilir və 2 ildən 5 ilə qədər təşkil edir.
1.7. Rezidenturanı bitirən şəxslərə ixtisası üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi verilir.
Daha ətraflı oxumaq üçün sənədi yükləyin: http://edu.gov.az/az/page/92/1857