Beynəlxalq Onkoginekologiya Konfransı 2019

|

2019-cu il noyabrın 26-da Milli Onkologiya Mərkəzində “Beynəlxalq Onkoginekologiya Konfransı 2019” keçiriləcək. Konfransda Azərbaycan, Türkiyə, Rusiya Federasiyası və İngiltərədən mütəxəssislər onkoginekoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Konfrans Avropa Ginekoloji Onkologiya Cəmiyyəti (ESGO) tərəfindən dəstəklənir və Cəmiyyətin nümayəndəsi tədbirdə iştirak edəcək.

Konfransın qeydiyyatı Milli Onkologiya Mərkəzində saat 13:00 başlayacaq. Tədbirdə iştirak pulsuzdur. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Öncədən qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: http://mom.gov.az/?smode=register&item=666&lang=az

Ətraflı məlumat üçün:
mob.: +994554955569
e-mail: internationalnoc@gmail.com