VII Beynəlxalq Uroonkologiya Simpoziumu

|

4-5 oktyabr 2024-cü il tarixlərində VII Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilməsi planlaşdırılır. Simpozium Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilir.

Tədbirdə Azərbaycan mütəxəssisləri ilə yanaşı Türkiyə və Rusiyanın tanınmış mütəxəssisləri də iştirak edəcək və onlar uroonkoloji xəstəliklərin diaqnostikası və müalicəsindəki ən son yenilikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Simpozium çərçivəsində 4 oktyabr 2024-cü il tarixində Milli Onkologiya Mərkəzində təlim və əməliyyatların keçirilməsi nəzərdə tutulur.