ŞÜA MÜALİCƏSİ

|

Şüa müalicəsi bir çox onkoloji xəstəliklərin effektiv müalicə metodudur. Xəstələrin yarısından çoxuna müalicənin mərhələlərindən birində şüa müalicəsi icra edilir və həmin metodun aparılmasına görə xərçəngdən sağalanların sayı durmadan artır. 

Şüa müalicəsi və ya radioterapiya – şiş xəstəliklərinin ionlaşdırıcı şüalanmanın köməyi ilə müalicə metodudur. Şüalanmanı şüa müalicəsinin distansion və ya boşluqdaxili/toxumadaxili aparatları ilə icra etmək mümkündür.

Distansion şüalanma zamanı yüksək enerjiyə malik olan ionlaşdırıcı şüalanma dəsti şiş hüceyrələrin dağılması məqsədilə dəridən keçərək şişə və ətraf toxumalara doğru distansion istiqamətləndirilir. Şiş dərin yerləşdikdə şüalar ona qarşı müxtəlif tərəfdən yaxınlaşdırılır, bu isə şişin ətrafındakı sağlam toxumaların zədələnməsini azaldır. Bir sıra xəstəliklərdə boşluqdaxili və ya toxumadaxili şüalandırma - braxiterapiyadan istifadə edilir. Həmin müalicənin icrası zamanı şüalanma mənbəyi boşluqda və ya toxumada bilavasitə şiş ilə əlaqədə olur.  

Şüa müalicəsi radikal və ya palliativ olur. Radikal müalicənin məqsədi xəstənin orqanizmində xərçəng hüceyrələrin tamamilə məhv edilməsindədir, bu isə sağalmağa gətirib çıxarır. Radikal şüa müalicəsi həm müstəqil müalicə metodu kimi, həm də cərrahi metodu ilə birlikdə – cərrahi əməliyyatdan öncə (neoadyuvant qeyri-adyuvant şüa müalicəsi) və ya cərrahi əməliyyatdan sonra (adyuvant şüa müalicəsi) istifadə edilir. Neoadyuvant (qeyri-adyuvant) şüa müalicəsinin məqsədi şişin ölçülərinin və aktivliyinin azalmasındadır. Adyuvant şüa müalicəsinin vəzifəsi - cərrahi əməliyyatdan sonra qala bilən həyat qabiliyyəti olan şiş hüceyrələrin ləğv edilməsidir.

Palliativ şüa müalicəsinin məqsədi, şişə yerli nəzarət artırılması, xəstəliyin yaratdığı fəsadların aradan qaldırılması və tam sağalması mümkün olmayan onkoloji xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş müalicə metodudur.