Onko-koloproktologiya şöbəsi






Milli Onkologiya Mərkəzin direktoru Akademik C.Ə.Əliyevin əmri ilə 06.10.2017 ciltarixində onkokoloproktologiya şöbəsi yaranmışdır. Şöbənin əsas praktiki və elmi fəaliyyəti çənbər və düz bağırsağın xoş və bədxassəli törəmələrin müalicəsi ilə bağlıdır. Şöbədə kolorektal xərçən zamanı hən açıq həmdə laparoskopik əməliyyatlar icra olunur.

Onkokoloproktologiya şöbəsində müalicə olunan xəstələr multidisplinar komanda tərəfindən müzakirə olunur və müalicə taktika seçilir bu həm əməliyyata hazırlanan həmdə əməliyyat keçirən xəstələrə aid olunur. Həkim heyəti periodik olaraq Böyük Britaniya, Almaniya, Avstriya, Türkiyə, Rusiya, İtaliya, Fransa kimi ölkələrdə təhsil alır, öz kvalifikasiyalarını artırır, Beynəlxalq Konfranslarda iştirak edirlər. Bunlardan əlavə onkokoloproktologiya şöbəsinin əməkdaşları aktiv elmi işlə məşğul olur, elmi məqalələr və tezislər dərc etdirir, Onkoloqların Beynəlxalq Konfranslarında çıxış edirlər, təcrübə mübadiləsi aparırlar.

Onkokoloproktologiya şöbəsinə tez-tez Avropa, Rusiya, Türkiyədən təcrübə mübadiləsi proqramı ilə həkim-cərrahlar dəvət olunur, master-klaslar keçirilir. Şöbənin cavan həkim heyəti ingilis, rus, alman, türk dillərində sərbəst danışırlar. İl ərzində onkokoloproktologiya onkologiya şöbəsində 450-dən çox xəstə müayinə və müalicədə olunur. Bunlardan isə 400-ə yaxını cərrahi əməliyyata məruz qalır. Beləliklə, şöbənin cərrahi fəallığı 87-90% təşkil etmişdir. Bu xəstələrin 8-10% qeyri-onkoloji cərrahi xəstəliklərə, ~90-92% şiş prosesinə, bunlardan isə ~92% bəd, ~8% xoş xassəli şiş proseslərinə görə cərrahi müdaxiləyə məruz qalırlar.