Nağıyev Eldəniz Şakir oğlu
Cərrah-Onkoloq
  • eldeniz_mma@mail.ru
  • +994(50) 535-94-56
Bioqrafiya

1999-2005-ci illərdə Moskva şəhərinin İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında Müalicə fakültəsində təhsil almışdır.

2005-2007-ci illərdə Moskva şəhərinin İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının №2 Hospital cərrahiyyə kafedrasında kliniki ordinatura keçmişdir.

2008-2011-ci illərdə Moskva şəhərinin İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının №2 Hospital cərrahiyyə kafedrasıda əyani aspirantura təhsili almışdır.

2012-2018-ci illərdə Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışmışdır.

2018-ci ildən Milli Onkologiya Mərkəzinin Onko-koloproktologiya şöbəsində həkim-cərrah vəzifəsində çalışmaqdadır

2009-2011-ci tədris illərində İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının "Hospital Cərrahiyyə" №2 kafedrasında "Cərrahiyyə" ixtisası üzrə 5-ci və 6-cı kurs tələbələrinə dərs demişdir.

2012-ci ildə “Ağırlaşmış qiqant piloroduodenal xoralarda əməliyyat metodunun seçilməsi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir- İ.M.Seçenov adına Birinci Moskva Tibb Universiteti( əvvəlki İ.M.Seçenov adına Moskva Tibb Akademiyası)nəzdində .

10 dan çox elmi işi çap olunmuşdur.

Əsas praktiki fəaliyyəti mədə, kolorektal, hepatobiliar sahənin bəd və xoşxassəli törəmələrin cərrahi müalicəsi, mini-invaziv cərrahiyə ilə bağlıdır.