Konfrans (15.03.2023)

|

15 mart 2023-cü il tarixində Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi Rəhim Nurməmməd oğlu Rəhimovun anadan olmasının 100 iliyinə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransın keçiriləcək.

Tədbirin birinci hissəsi Rəhim Rəhimovun həyat yolu və elmi fəaliyyətinə həsr olunacaq. 

Tədbirin ikinci hissəsində Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə və Rusiyadan dəvət edilmiş mütəxəssislər bədxassəli şişlərin diaqnostikası və müalicəsinə aid mövzuları əhatə edən təqdimatlarla çıxış edəcəklər.

Tədbir davamlı tibbi təhsil üzrə Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuşdur və 9 kredit verilmişdir.

Konfransda iştirak pulsuzdur.

Tarix: 15 mart 2023-cü il saat 11:00 (Qeydiyyat 10:00-11:00)

Keçirilmə yeri: Milli Onkologiya Mərkəzi Böyük konfrans zalı