Əliyarov Yusif Rauf oğlu
Cərrah-onkoloq
  • yusifaliyarov@yahoo.com
  • (+994 12) 537-08-11
Bioqrafiya

1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə–profilaktika fakültəsində təhsil almışdır.

2002-2003-cü illərdə 5saylı Şəhər Klinik Xəstəxanada cərrahiyə üzrə internatura keçmişdir.

2005-2007-ci illərdə Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin Cərrahiyə və kliniki angiologiya kafedrasında ordinatura keçmişdir. 

2007-2010-cu illərdə Moskva Dövlət Tibbi-Stomatologiya Universitetinin Cərrahiyə və kliniki angiologiya kafedrasında əyani aspirantura keçmişdir.

2016-ci ildə Russiya Milli Onkologiya Mərkəzində Onkokoloproktologiya şöbəsində təkmilləşdirmə kursu keçmişdir.

2011-ci illərdə Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışmışdır.

2017-ci ildən Milli Onkologiya Mərkəzinin Onko-koloproktologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.

Əliyarov Y.R. cərrahi-onkologiya üzrə  ixtisaslı mütəxəssisdir.

2010-ci ildə “ Kəskin pankreatitlərin toksiki fazası zamanı qaraciyər çatmamazlığın müalicəsində ekstrakorporal detoksikasiya üsulların tətbiqi” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

01.2012-05.2012-ci illərdə İtaliyanın Breşa şəhərindəki “İstituto Clinico S.Anna”da laparoskopik cərrahiyə üzrə kurs keçmişdir.

09.2012-11.2012-ci illərdə Vyananın AKH klinikasında cərrahi-onklogiya üzrə kurs keçmişdir.

23-27.09.2013-cü illərdə Fransanın Strasburq şəhərində Laparoskopik ümumi cərrahiyyə kursu keçmişdir.

05.2018-ci ildə Londonda Ta-TME əməliyyat üzrə kurs keçmişdir.

11-22.03.2019-cu ildəLondon St.Mark’s Hospital Academic İnstitunda təkmilləşdirmə kursu keçmişdir.

40 dan çox elmi məqalənin müəllifidir.

Hal hazırda “ Yerli yayılmış düz bağırsaq xərçənginin kompleks müalicənin təkmilləşdirməsi” mövzusunda elmi iş üzərində çalışır.