Alıyev Şəmistan Alı oğlu
Ginekoloq
  • shamiston@yandex.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1999–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almışdır.

2005-2007-ci illərdə Kazan Dövlət Tibb Universitetinin “Mamalıq və Ginekologiya” şöbəsinin, Mamalıq və ginekologiya kafedrasında ordinatura keçmişdir.

2006-cı ildə Tatarıstanın Respublika Onkologiya Xəstəxanasında Onkoginekoloji bölməsində təcrübə keçmişdir.

2007 – 2010-cu illərdə Kazan Dövlət Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasında aspirantura təhsili almışdır.

2008-ci ildə Tibb akademiyasında Endoskopik cərrahiyyə ( laparoskopiya və histeroskopiya) üzrə ixtisasartırılma kurslarında iştirak etmişdir.

2010-cu ildə Tibb akademiyasında Ultrasəs diaqnostikası üzrə ixtisasartırma kurslarında iştirak etmişdir.

2010-cu ildə Kazan regionlararası kliniki-diaqnostik mərkəzində mamalıq, ginekologiya və onkoqinekoloqiyada ultrasəsin tətbiqi üzrə təkmilləşdirilmə kursu( 4D-ultrasəsin  tətbiqi) keçmişdir.

2011-ci ildə Hertsen adına Moskva Elmi-Tədqiqat Onkologiya İnstitutunda fotodinamik diaqnostika və terapiya (PDD) üzrə təkmilləşdirilmə kursu keçmişdir.

2011-2012-ci illərdə Fransada Beynəlxalq Endoskopik Cərrahiyyə Mərkəzində təkmilləşdirilmə kursu keçmişdir.

2010-cu ildən bu günə qədər Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiridir.

Bu dövr ərzində Alıyev Ş. tərəfindən qadın reproduktiv sisteminin xoşxəssəli və bədxəssəli törəmələri üzrə 1000-dən çox böyük və kiçik əməliyyatlar yerinə yetirilmişdir, o cümlədən, 300-dən çoxu  – laparoskopik əməliyyatlarıdır(onlardan 225-i – total laparoskopik histerektomiya).

Rusiyanın Ginekoloq – endoskopistlər Cəmiyyətinin üzvüdür.

“Laparoskopiya üçün Qurğu” ixtirasına görə № 2375976-li patenta malikdir.

2013- ci ildə Rusiyanın tibb elmləri üzrə namizədinin diplomu Azərbaycanda tibb üzrə fəlsəfə doktoru dərəcəsinin verilməsiylə təsdiqləndirilmişdir.
Dr. Alıyev Ş.tərəfindən Azərbaycanda ilk dəfə olaraq, MOM-un onkoqinekoloqiya  şöbəsində endometriyanın xərçəngi olan xəstədə total laparoskopik histerektomiya və limfadisseksiya icra etmişdir. Həmçinin, Azərbaycanda ilk dəfə olaraq vahidportdan laparoskopik histerektomiya əməliyyatı icra edilmişdir ( Singleport).
Dr. Alıyev Ş. həmçinin, atipik hiperplaziya,  endometriyanın residiv hiperplaziyası, endometriyanın polipləri və submukoz miomalarına dair histeroskopik və histerorezektoskopik əməliyyatları edir.