İctimaiyyətlə əlaqələr qrupu

Milli Onkologiya Mərkəzinin fəaliyyətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələndirilməsini, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;

Yerli kütləvi informasiya vasitələri nümayəndələrinin MOM-da akkreditasiyadan keçməsini təmin edir, MOM-nin baş direktoru ilə razılaşdırmaqla onları MOM-nin iclaslarına dəvət edir;

MOM-nin hesabatlarının və digər sənədlərin hazırlanmasında iştirak edir, MOM-nin baş direktorunun qrupa göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

MOM-nin fəaliyyəti barədə foto və videosalnamə yaradılması sahəsində iş aparır;

Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.