Dayaq-hərəkət aparatının şişləri şöbəsi (ortopedik şöbə)



Milli Onkologiya Mərkəzində Dayaq Hərəkət Aparatının Şişləri  Şöbəsi   2010-cu ildə  Akademik Cəmil Əliyevin  təşəbbüsü ilə yaradılmışdır. Hal-hazırda bu şöbədə yetkin və uşaq xəstələrdə dayaq-hərəkət aparatının onkolojik xəstəliklərinin cərrahi müalicəsi ən müasir üsullarla həyata keçirilir. Belə ki, aşağı və yuxarı ətraf sümüklərini tutan anevrizmal və bəsit sümük kistaların cərrahi müalicəsi, xüsusilə bud sümüyündə yerləşən və qadınlarda üstünlük təşkil edən giqant hüceyrəli sümük şişlərinin cərrahi müalicəsi, sümük  transplantasiyaları, sümük və yumşaq toxumaların bədxassəli şişlərində xəstələrin funksional qabiliyyətinin qorunaraq cərrahi üsulla müalicəsi həyata keçirilir.

Həmçinin bu şöbənin mütəxəsissləri tərəfindən ətraflarda üzvqoruyucu cərrahiyyə (Limb Salvage) və  endoprotezləşdirmə də yüksək nailiyyətlə icra edilir.

Şöbənin ən önəmli nailiyyətlərindən biri də onurğanın birincili bədxassəli və ya metastatik törəmələrinin metastazektomiya, vertebraektomiya kimi mürəkkəb cərrahi əməliyyatları həyata keçirmiş olmasıdır.