Bədxassəli şişlərin epidemiologiyası və statistikası şöbəsi

Şöbə mərkəzin elmi-metodik funksiyasını və Azərbaycanın onkoloji işinin koordinasiyasını yerinə yetirir. O, Respublikanın onkoloji müəssələri ilə əlaqə yaradır, lazımı səviyyədə müalicəvi profilaktik və metodik tədbirləri həyata keçirir. Şöbə ümumiyyətlə onkoloji xəstələrın hesabatını mərkəzləşdirir, rayonlar arası dispanserlərin və onkokabinetlərin düzgün və hərtərəfli hesabatını aparır.

Mərkəzdə müalicə və məsləhət üçün müraciət edən bütün həstələrin həstəlik tarixləri şöbənın malık olduğu unikal arxivdə saxlanılır. Şöbənin elmi işçiləri xəstəlik tarixləri ilə, xəstəliyin statistik göstəriciləri ilə regionlarda, Respublikada bədxassəli şişlərdən ölənlərin hesabatı ilə təmir edir.

Elmi tədqiqatların əsas istiqamətlərin elmi əsasların təkmilləşməsi xərçəngəleyhinə müalicə və düzgün profilaktikası ilə əlaqədardır. Bundan əlavə şöbə şiş və şişönü xəstəliklərinin öncədən aşkar edilməsi problemləri ilə məşqul olur. Bunun üçün müayinə metodlarından istifadə olunur. Şöbənin bazasında 6 namizədlik və doktorluq dissertasiyası,  işçiləri 100 artıq qadın cinsiyyət orqanlarının, dərının, süd vəzinin, qida borusunun, mədənin və s. epidemiologiyasına həsr edilmiş məqalələri çap olunub.