Vətənxa Süzən Sabir qızı
Həkim-radioloq
  • Vatankha@inbox.ru
  • Həkim-radioloq
Bioqrafiya

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil almışdır.

1989-1990-cı illərdə 5N-li Klinik Xəstəxanada internatura keçmişdir.

1992-1995-ci illərdə Milli Onkologiya Mərkəzinin aspirantura təhsili almışdır.

1996-cı ildə Milli Onkologiya Mərkəzinin Şüa diaqnostika şöbəsində böyük elmi əməkdaş vəzifəsində çalışmışdır.

2010-cu ildə Milli Onkologiya Mərkəzinin Şüa diaqnostika şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır

2013-cü ildən Milli Onkologiya Mərkəzinin Şüa diaqnostika şöbəsində elmi rəhbər vəzifəsində çalışır.

1996-ci illərdə akademik R.N.Rəhimovun rəhbərliyi altında “Mədə çıxacağı xəstəliyinin diferensial diaqnostikası” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

 60-a yaxın elmi məqalə və tezislərin müəllifidir.

2008-ci ildən akademik C.Ə.Əliyevin rəhbərliyi altında  «Süd vəzi xəstəliklərinin şüa və kliniko-laborator diaqnostikası » mövzusu üzrə elmi-tədqiqat işi aparılır.

2018 ci ildə “Azərbaycan Respublikasında süd vəzinin bədxassəli yenitörəmələrinin diaqnostik və kliniki-epidemioloji aspektləri” mövzusunda tibb elmlər doktorluq dissertasiya işi müdafiə etmişdir.