Talıbova Nərmin Məzahir qızı
Həkim-onkoloq
  • drnarmintalibova@gmail.com
  • (+994 70)430-50-10
Bioqrafiya

2006-2012-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə – profilaktika fakültəsində təhsil almışdır.

2012-2018-ci illərdə Milli Onkologiya Mərkəzində rezidentura keçmişdir.

2019-cu ildə Amerika Birləşmiş Ştatlarının  Nyu York şəhərində, Memorial Sloan Kettering Xərçəng Mərkəzində beynəlxalq mübadilə proqramı keçmişdir.

2019-cu ildə Almaniyanın Yena universiteti xəstəxanasında, Hematologiya və Tibbi Onkologiya şöbəsində təcrübə keçmişdir.

2011-ci ildə Tibb Tələbələri Assosiasiyasının Beynəlxalq Federasiyasının (İFMSA-İnternational Federation of Medical Students Association) beynəlxalq tələbə mübadiləsi proqramı çərçivəsində Portuqaliyanın Santa Maria Xəstəxanasında 1 aylıq təcrübə mübadiləsi keçmişəm.

2016-cı ildə Amerika Klinik Onkologiya Cəmiyyəti (ASCO)  tərəfindən Beynəlxalq İnkişaf və Təhsil Mükafatına (IDEA) layiq görülmüşdür.

2016-cı ildə Ohayo Dövlət Universitetinin Xərçəng Mərkəzində təcrübə keçmişdir.

2017-ci ildə Türkiyənin Neolife Xərçəng Mərkəzində təcrübə keçmişdir.

2017-2018-ci illərdə Avropa Onkologiya Məktəbi və Ulm Universiteti tərəfindən təşkil edilmis Süd vəzi Xərçəngi Proqramında  iştirak etmişdir.

2019-cu ildə Salzburg Memorial Sloan Kettering Xərçəng Mərkəzi seminarında "Excellent Case Presentation"(Ən yaxşı xəstə təqdimatı) mükafatına layiq görülmüşdür.

Avropa Tibbi Onkologiya Cəmiyyətinin(ESMO) , Amerika Klinik Onkologiya Cəmiyyətinin(ASCO),Avropa Onkologiya Məktəbi(ESO) və Amerika Xərçəng Tədqiqatlar Birliyinin(AACR) üzvüdür.
Müxtəlif ölkələrdə keçirilən  40-a yaxın onkoloji konfranslarda iştirak etmişdir.
Qeyd olunan konfranslarda məruzəçi kimi çıxıs etmişdir: 2-ci Beynəlxalq Onkologiya üzrə konqress, Antalya, Türkiyə ; Onkologiya üzrə I regional konfrans,Tbilisi, Gürcüstan; Hong-Kong Universiteti(CHUK) 3-cü Çin  Sarkoma Masterclass, Hong-Kong, Çin; 9-cu Beynəlxalq Qastrointestinal Xərçəng Konfransı, İstanbul, Türkiyə; 3-cü Beynəlxalq Uroonkologiya Simpoziumu, Bakı, Azərbaycan; Süd vəzi-Ginekoloji və İmmunoonkologiya Beynəlxalq Xərçəng Konfransı, Qahirə, Misir

2018-ci ildən Milli Onkologiya Mərkəzinin I Kimyaterapiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

2018-ci ildən Milli Onkologiya Mərkəzinin İctimaiyyətlə Birbaşa Ünsiyyət və Beynəlxalq Əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.