Rəhimzadə Sevinc Elxan qızı
Həkim-onkoloq
Bioqrafiya

1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1989-1990-cı illərdə Dəmiryolu xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçmişdir.

1992-1995-ci illərdə Milli Onkologiya Mərkəzində aspirantura təhsili almışdır.

1990-cı ildə Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmışdır.

1995-2006-cı illərdə Ümumi Onkologiya şöbəsində böyük elmi əməkdaş vəzifəsində çalışmışdır.

2008-ci ildən Milli Onkologiya Mərkəzinin “Şişönü xəstəliklərin müalicəsi və diqnostikası”şöbəsində şöbə rəhbəri vəzifəsində çalışmaqdadır.

Klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir.

1995-ci ildə “ Süd vəzi xərçəngində qara ciyərin funksional rolu” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

50-dən çox elmi işi çap olmuşdur.