Quliyev Nazim Əziz oğlu
Həkim-Onkoloq
  • n.guliyev@mail.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1986-1992-ci illərdə Rusiyanın Moskva şəhərində Stomatoloji Tibb İnstitutunda təhsil almışdır.

1992-1995-ci illərdə Milli Onkologiya Mərkəzində Kliniki ordinatura keçmişdir.

1995-1998-ci illərdə  Milli Onkologiya Mərkəzində Aspirantura təhsilini almışdır.

1999-cu ildə Rusiyanın Moskva şəhərində,N.N. Bloxin adina Elmi Onkoloji Mərkəzin Baş-Boyun Şişləri şöbəsində təcrübə keçmişdir.

2011-ci ildə Türkiyənin İzmir şəhərində,Ege universitetinin LOR şöbəsində təcrübə keçmişdir. 

1998-2009-cu illərdə Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsində Baş laborant və elmi işci vəzifəsində çalışmışdır.

2009-cu ildən Milli Onkologiya Mərkəzinin Baş-Boyun Şişləri şöbəsində Şöbə müdiri vəzifəsində çalışmaqdadır.

1999-ci ildə akademik C.Ə.Əliyevin rəhbərliyi altında “Azərbaycanda qırtlag xərçənginin yayılmasi ” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

30-a yaxın elmi məqalə və tezislərin müəllifidir.