Hüseynova Rufa Abdulla qızı
həkim-onkoloq
  • 17.09.1948
Təhsili
  • 1965-1971 Azərbaycan Tibb Universiteti, pediatriya fakultəsi, Bakı, Azərbaycan.
  • 1971-1973 həkim-ordinator, 8 saylı Birləşmiş Uşaq Xəstəxanası.
  • 1973 Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda parazitologiya üzrə həkimlərin təkmilləşdirmə kursu.
  • 1979-1983 “onkologiya” ixtisası üzrə SSRİ TEA-ın Onkoloji Elmi Mərkəzdə aspirant.
Elmi fəaliyyət
    • 1985-ci ildə Kiyev şəhərinin R.E.Kavetski adına Onkologiya Problemləri İnstitutunda «Влияние селенсодержащих соединений на перекисное окисление липидов печени животных индуцированном при гепатоканцирогенезе и росте перевивных опухолей» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
    • 100-dən çox elmi əsərin müəllifidir. Onlardan dördü ixtiraya aid müəlliflik şəhadətnaməsi və dördü səmərələşdirici təkliflərdir. “Se-5 ftorurasil-şiş əleyhinə yeni preparat” adlı ixtiranın müəllifidir.
    • 1987-ci ildə SSRİ AAK-ın qərarı ilə “onkologiya” ixtisası üzrə dosent elmi adı verilib.
    • 16 iyun 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib.
İş fəaliyyəti
  • 1973-1975Z R.A.Hüseynova 3 saylı Doğum Evində həkim-ordinator vəzifəsində çalışıb.
  • 1975 AEA-nın İ.Qarayev adına Fiziologiya İnstitutuna kiçik elmi işçi təyin olunub.
  • 1985 müsabiqə əsasında Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin RRO ETİ-nin eksperimental terapiya laboratoriyasının böyük elmi işçisi seçilib.
  • 1988 Milli Onkologiya Mərkəzinin elmi katibi vəzifəsinə təyin olunub.
  • 1993-cü ildən bu günə qədər “onkologiya” və “şua diaqnostikası və terapiyası” ixtisasları üzrə elmlər namizədi və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə Dissertasiya şurasının elmi katibi vəzifəsində çalışır.
Dil bilikləri
  • Türk dili
  • Rus dili
  • Fransiz dili