Hacıyev Əsəd Ramiz oğlu
həkim-onkolog
  • dr_gadjiyev@yahoo.com
  • -
Bioqrafiya

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi və profilaktikası fakültəsində təhsil almışdır.

2001-2002-ci illərdə Milli Onkologiya Mərkəzində Onkologiya ixtisası üzrə internatura keçmişdir.

2001-2002-ci illərdə N. Bloxin adına  Russiya Onkoloji Elmi Mərkəzdə Endoskopiya ixtisası üzrə təkmilləşmə kursu keçmişdir.

2011-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda onkologiya kafedrasında onkologiya ixtisası üzrə təkmilləşmə kursu keçmişdir.

2014-cü ildə Moskvada "Həzm sisteminin endoskopik ultrasonoqrafiya” üzrə abdominal cərrahiyə və endoskopiya Elmi-öyrənmə Mərkəzinin bazasında kvalifikasiyanın  dövrü təkmilləşmə kursu keçmişdir.

2004-cü ildən Milli Onkologiya Mərkəzinin Endoskopiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışır.

2012-ci ildə Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yoğun və düz bağirsaq xərçəngönü xəstəliklərinin endoskopik diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

33 elmi nəşri var, bunlardan biri metodik tövsiyədir.

Endoskopiya, qastroenterologiya və onkologiya mövzusunda ölkədaxili və xarici konfras və simpoziumların aktiv iştirakçısıdır.

Onkoloji Koloproktologiya üzrə Mütəxəssislər Cəmiyyətinin üzvüdür.