Eyubov Əmirxan Kamal oğlu
Həkim onkoloq
  • Alik999999@yandex.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-Profilaktika fakültəsində təhsil almışdır.

1985-1986-cı illərdə Bakı şəhər Onkoloji Dispanserdə internatura keçmişdir.

1987-1988-ci illərdə Saatlı şəhər Mərkəzi rayon xəstəxanasında həkim-onkoloq vəzifəsində çalışmışdır.

1988-1990-cı illərdə Şəki rayonarası Onkoloji Dispanserdə cərrah-onkoloq vəzifəsində çalışmışdır.

1992-2002-ci illərdə Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsində onkoloq-mammoloq vəzifəsində çalışmışdır.

2002-2010-cu illərdə Medi Lux Klinikasında onkoloq-mammoloq vəzifəsində çalışmışdır.

2010-cu ildən Milli Onkologiya Mərkəzinin “Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi” şöbəsində onkoloq-mammoloq vəzifəsində çalışmaqdadır.

1995-ci ildə Akademik C.Ə.Əliyevin rəhbərliyi altında “Bakı şəhərində süd vəzinin xərçənginin yayılması” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
30-a yaxın elmi məqalə və tezislərin müəllifidir.