Əsgərov Niyazi Əli oğlu
Cərrah-onkoloq
  • niyazi-askerov@mail.ru
  • (+994 12) 537-08-11
Bioqrafiya

1984-1990-cı illərdə Rusiyanın Vladivostok Dövlət Tibb Universitetində Müalicə–profilaktika fakültəsində təhsil almışdır.

1990-1991-ci illərdə Rusiyanın Nefteyuqansk şəhərindəki Tyumen Tibb Akademiyasının Ümumi cərrahiyyə kafedrasında internatura keçmişdir.

1990-2003-cü illərdə Rusiyanın Tyumen vilayətinin Nefteyuqansk şəhərinin Mərkəzi Şəhər xəstəxanasında həkim-cərrah vəzifəsində çalışmışdır.

2003-2008-ci illərdə Leyla Şixlinskaya klinikasında cərrah vəzifəsində çalışmışdır.

2009-cu ildən Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.

Əsgərov N. Ə.  Cərrahi onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir. 100 dən çox elmi işi çap olunmuşdur.  Rusiya, Türkiyə, Avstriya, Tacikistan, Qazaxistan, İtaliya və Respublikamızda keçirilən bir sıra elmi-praktiki konfranslarda, qurultaylarda iştirak edib.

Astanada “MDB ölkələrinin Onkoloqlar və radioloqlar” qurultayında “Mədənin proksimal xərçəngində kompression ezofaqoyeyunoanastamozun formalaşmasında nikelit-titanlı implantatın tətbiqi”, Türkiyədə Cərrahiyyə üzrə Beynəlxalq konqressdə “Mədəaltı vəzinin xərçənginin müalicəsinin cərrahi aspektləri” , Bakıda isə XIII Beynəlxalq Avrasiya cərrahların və qastroenteroloqların hərillik konqressində “Laparoskopik cərrahiyyə koloproktologiyada” məruzələri ilə  çıxış edib.
 “Azərbaycan Respublikasında Hepatopankreatoduodenal sahənin şişlərin kliniki və epidemioloji xüsusiyyətləri” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.
Rusiyanın Moskva, Sankt-Peterburq, Perm, Tyumen, Surqut, Belorusiyanın Minsk və Azərbaycanın Bakı şəhərində ixtisas artırma kurslarında olmuşdur.
13 noyabr 2001 Tyumen vilayətinin Səhiyyə departamenti nəznində olan attestasiya komissiyasının qərarı ilə  cərrahiyyə üzrə Ali ixtisas dərəcəsi verilmişdir.