Bağırov Rəhmət Rəhim oğlu
Cərrah-onkoloq
  • zahid28@yandex.ru
  • (+994 50) 386-58-98
Bioqrafiya

1996–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2002–2003-cü illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir.

2004-2006-cı illərdə Rusiyanın N.N. Bloxin adına Rusiya Tibb Elmləri Akademiyasının Rusiya Onkoloji Elmi Mərkəzində Onkologiya-cərrahiyyəsində ordinatura keçmişdir.

2006-2010-cu illərdə Rusiyanın N.N. Bloxin adına Rusiya Tibb Elmləri Akademiyasının Rusiya Onkoloji Elmi Mərkəzində Aspirantura təhsili almışdır.

2016-cı ildə İstanbul şəhərinin Okan Universiteti  Klinikasında təcrübə keçmişdir.

2017-ci ildə Rusiyanın N.N. Bloxin adına Milli Onkoloji Elmi Mərkəzində “Miniinvaziv Torakoskopik cərrahiyyə” üzrə 2 aylıq təkmilləşmə kursu keçmişdir.

2018-ci ildə İstanbul şəhərinin  Florence Nightingale xəstəxanasında təcrübə keçmişdir.

2010-cu ildə Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.

2010-cu ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışmaqdadır.

2010-cu ildə “Cavan yaşlı xəstələrdə ağciyər xərçəngi” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

53 xarici və yerli jurnallarda elmi işləri dərc olunmuşdur.

Hazırda şöbədə “Ağ ciyər xərçənginin cərrahi əməliyyat sonrakı nəticələrin proqnozlaşdırılması” mövzusu üzrə aparılan elmi-tədqiqat işinin icrasında iştirak edir.

Mərkəzin elmi-praktik işlərində, onkologiyaya aid keçirilən respublika və beynəlxalq əhəmiyyətli konfranslarda iştirak edir.