Abdullayev Nazim Nəriman oğlu
Həkim-radioloq
  • nazimabdullayev@box.az
Bioqrafiya

1976-1982-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

1982-1983-cü illərdə Mərkəzi Hövzə xəstəxanasında internatura keçmişdir.

1983-1986-cı illərdə Lənkəran Mərkəzi Rayon xəstəxanasında həkim-terapevt vəzifəsində çalışmışdır.

1986-1988-ci illlərdə Ordu sıralarında hərbi həkim vəzifəsində çalışmışdır.

1989-1990-cı illərdə 27 saylı poliklinikada həkim vəzifəsində çalışmışdır.

1990-cı ildən Milli Onkologiya Mərkəzində həkim-radioloq vəzifəsində çalışmaqdadır.