Xatın Salmanova Ümid qızı
Həkim–Onkoloq
  • dr.x_salmanova@hotmail.com
  • (+99470) 370-39-79
Bioqrafiya

2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində təhsil almışdır.

2007-ci ildə Türkiyə Adana Çukurova Universitetinin Balcalı xəstəxanasında Ümumi Cərrahiyə üzrə təkminləşdirmə kursu keçmişdir.

2008-2009-cu illərdə Milli Onkologiya Mərkəzində internatura keçmişdir.

2011-ci ildə Avstryanın Vyana şəhərində Algemaine Krankenhaus(AKH),Süd vəzinin onkoplastik və rekonstruktiv cərrahiyə kursunda təcrübə keçmişdir.

2017 -ci ildə ABŞ-ın  Nyu York şəhərindəki Memorial Sloan Kettering Xərçəng Mərkəzinin Süd vəzi cərrahiyəsi şöbəsində təcrübə keçmişdir.

2010-cu ildən Milli Onkologiya Mərkəzinin Ümumi Onkologiya şöbəsində həkim-onkoloq vəzifəsində çalışmaqdadır.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas qrant müsabiqəsi çərçivəsində kompleks elmi-tədqiqat proqramlarının (EIF-2014-9 (24) -KETPL) qalibi olmuşdur. “Azərbaycan populyasiyasında süd vəzi xərçənginin yaranmasında iştirak edən BRCA1/2 genlərinin mutasiyaları”lahiyəsində həkim-onkoloq vəzifəsində iştirak etmişdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Əməkdə,təhsildə və ictimai fəaliyyətdə xususi nailiyyətlərinə görə” İlin Peşəkar gənci fəxri adı ilə təltif edilmışdir.

Bir çox yerli və beynəlxalq konfrans və seminarlarda iştirak etmişdir.
2017-ci ildə Avstriyanın Vyana şəhərində keçirilən15-ci St.Gallen Beynəlxalq Süd vəzi xərçəngində iştirak etmişdir.

Doktorantura “İrsi süd vəzi xərçəngi riski yüksək olan xəstələrdə şişin molekulyar-genetik və patohistoloji xüsusiyyətləri”mövzusunda dissertasiya  işi (2019-2023) Milli Onkologiya Mərkəzi.