Uşaq reanimasiya və anesteziologiya şöbəsi




Uşaq anesteziologiya və renimasiya şöbəsi 7 çarpayı üçün nəzərdə tutulub. Şöbə uşaqların əməliyyatdan öncə və sonrakı dövrdəki yerləşdirilmə və müalicəsini ,həmçinin əməliyyatxanalarda anestezioloji təminati təchiz edir. Həm onkoloji, həm də ümumi profilli xəstələr üzərində əməliyyatlar , diaqnostik və müalicəvi proseduralar zamanı   anesteziyanın müxtəlif  formaları tətbiq olunur.

Burada həyatı vacib orqanların funksiyalarının kəskin pozulması(və ya inkişafına təhlükə yaranmış) olan xəstələrin, fəaliyyətlərinin stabilizasiyasına qədər  intensiv təqibi məqsədilə kompleks reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilir.

Şöbə dünya standartları səviyyəsində təchiz olunmuşdur :

  • Respirator dəstək aparatı (Hamilton Medical)
  • Xəstələrin izlənmə və monitorinq aparatı (Draeger)
  • Dərman preparatlarının dozalanmış şəkildə yeridilməsi üçün aparatlar( B.Braun)

Anestezioloq-reanimatoloqlar standart mütəxəssis vərdişləri və peşəkar biliklərilə yanaşı, onkoloji prosesin yayılmasının xüsusi lokalizasiya variantları ilə bağlı və yanaşı ağır xəstəlikləri olan yükək risk qruplu xəstələrin təhlükəsizliyinin təminatı üçün vacib bilik və təcrübəyə malikdilər.