Uşaq kimyaterapiya şöbəsi



Uşaq onkologiyası – cənc elmdir. Lakin, gənc olmasına baxmayaraq pediatrik-onkologiya yüksək elmi nəaliyyətlər nümayiş etdirir. Uşaq onkologiyası bizim olkəmizdə öz çətin yolunun başlanğıcındadır.  Azərbaycanda Uşaq onkoloji  xidməti böyüklərin onkologiyasından sonra yaranmışdır.

Uşaqlarda bədxassəli xəstəliklərin müalicəsi bu gun nəinki, onların həyatının xilasedilməsinə , həmçinin , uşaqlara mükəmməl həyat bəxş etmək məqsədi güdür. Nəticədə , inkişaf etmiş qərb ölkələrində aparılmış xüsusi müalicədən sonra 10 uşaqdan 7-si şəfa tapır. Lakin, bütün dünyada isə  xərçənglə xəstələnmiş uşaqlardan 10 nəfərdən 2-si sağala bilir. Uşaq onkoloji xəstəlikləri öz xüsusiyyətləri ilə böyüklərdən fərqlənir.

Üç qrupa bölünür :

  • Daha çox uşaqlara xas olan  və boyüklərdə demək olar ki, rast gəlməyən şişlər( nefroblastoma , neyroblastoma , retinoblastoma  );
  • Müxtəlif yaş qruplarında rast gələn şişlər( kəskin leykoz, Q/hoçkin limfoması, Hoçkin limfoması);
  • Uşaqlarda az rast gələn şişlər( mədə xərçəngi, bağırsaq xərçəngi). Rast gəlmə tezliyinə görə  birinci yerdə hemoblastozlar, sonra MSS-mi şişləri, böyrək, sümük-dayaq, yumşaq toxuma şişləri və s. üstünlük təşkil edir.  Kiçik yaşlı uşaqlıarda  leykoz, nefroblastoma, neyroblastoma ilə xəstələnmə,  yeniyetmələrdə sümük-dayaq sistemi  şişləri, Hoçkin limfoması daha çox rast gəlinir.

Uşaq onkologiyasının müalicə prinsipləri böyüklədən  çox fərqlənmir. Kompleks terapiyaya –cərrahi, şüa, kimyəvi dərman müalicəsi daxildir.Lakin uşaqların müalicəsi özünəməxsus xüsusiyyətlərə malikldir. Uşaq onkoloji xəstəlikləri ilə mübarizə sanki, gözəgörünməz düşmənlə döyüşü  xatırladır.Bu çox çətin və məsuliyyətli işdir , qalibiyyət və məğlubiyyətlərlə nəticələnən  öz strateji taktikası vardır. Müalicə prosesi uzun müddətli və ağır  olduğundan xəstələrə fiziki və mənəvi əzab verir.Bu səbəbdən ölkəmizdə  uşaq onkologiyası və hematologiyasının inkişafı məqsədilə  müxtəlif layihələr həyata keçirilir.

7 mart 2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində  regionda birinci olan Uşaq onkoloji klinikası açılmışdır. Uşaq onkoloji mərkəzinin yaradılmasında Azərbaycan R-sının birinci xanımı , Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  və Milli onkologiya mərkəzinin direktoru Əliyev Cəmil Əziz oğlunun böyük əməyi vardır.Hazırda Uşaq onkoloji mərkəzi regionda flaqmandır. İnstitutda  kompleks mülicənin bütün  növləri  mükəmməliklə icra edilir-kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya vəs.

Uşaq onkoloji klinikasında 4 profildə  şöbə yaradılmışdır:- ambulator və poliklinik şöbə, kimyəvi terapiya, cərrahi, anestezioloji-reanimatoloji, şüa terapiyası şöbəsi.Kimyəvi terapiya şöbəsində 4 həkim çalışır.Şöbə müdiri , t.e.n . Xələfova L.P., Ali dərəcəli həkim- hematoloq Babayeva N.A.,Əziz Əliyev adına həkimlərin təkmilləşdirmə institutunun assistenti Əhədova N.A., Rusiya  federasiyası  Bloxin N.N. adına Milli onkoloji mərkəzin aspirantı Ələskərova G.A.. Şöbənin həkimləri müxtəlif növ diaqnostik və müalicəvi prosedurlar icra edirlər: lumbal, sümük iliyi punksiyası, regionar kimyəvi terapiya, blok intensiv k/terapiya  və s.

Tibbi personalın  təhsili müxtəlif  yerli və xarici spesifik tibbi klinikalarda aparılır (Əziz Əliyev adına Azərbaycan həkimlərin təkmilləşdirmə institutu, Avstriya ( St.Anna), ABŞ (St.Jude ), Almaniya və Türkiyə). Klinikada müasir   standartlara uyğun  protokollarla    terapiya aparılır və yaranmış fəsadlar professionallıqla aradan qaldırılır. Beynəlxalq təcrübələrdən , yeni texnoloji imkanlardan istifadə etməklə və həmçinin hər yaranmış vəziyyətə individual yanaşmaqla məqsədimiz xəstə uşaqları sağaltmaqdır.

Şöbənin həkimləri MOM-nin bütün elmi şuralarında, seminar və konferensiyalarında aktiv iştirak edir,   Azərbaycanın müxtəlif  rayonlarında  skrininq proqramlarına qoşulur,həmçinin beynəlxalq simpozium və elmi konfrranslarda iştirak edirlər.Beynəlxalq və milli jurnallarda onkologiya mövzusunda elmi məqalələr dərc etdirirlər. 2007 ci ildə ilk dəfə olaraq MOM-də “Uşaq onkologiyası” mövzusunda konfrans keçirilmişdir. 2012 –ci ildə   birinci Azərbaycan- Türkiyə “Pediatrik onkologiya” mövzusunda simpozium baş tutmuşdur. 15 fevral 2014-cü ildə  MOM-də “Uşaqlarda  bədxassəli şişlərin diaqnostikası və müalicəsi “ mövzusunda  2-ci  konfrans keçirilmişdir.