Ümumi Onkologiya Şöbəsi



Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsi 1978-ci ildən fəaliyyət göstərir.Bu şöbə həmin ildə cərrahiyə şöbəsinin yenidən qurulması nəticəsində yaranib.Şöbənin yaradıcısı və rəhbəri əməkdar elm xadimi,akademik C.Ə.Əliyevdir.Şöbənin əsas fəaliyyət istiqaməti süd vəzi,yumşaq toxuma və dəri törəmələrinin diaqnostikası və müalicəsidir.

Hal-hazırda bu şöbədə süd vəzi,yumşaq toxumalar və dəridə müasir cərrahi müdaxilələrin mümkün olan bütün  növləri icra olunur.Dünya təbabətində gedən cərrahi əməliyyatların minimalizasiya tendensiyasına uygun olaraq bizim şöbədə də göstərişlərə əsasən süd vəzinin orqanqoruyucu əməliyyatları icra olunur,əməliyyat zamanı icra olunan sentinel limfa düyününün biopsiyası isə aksillyar disseksiyanın həcmini müəyyən edir.

Süd vəzində icra olunan radikal əməliyyatlar birmomentli və ya mərhələli rekonstruksiyalarla birgə həyata keçirilir ki,bu zaman həm  mikrodamar anastomozlu loskutlar həm də silikon implantlardan istifadə olunur. Bir il ərzində orta hesabla şöbədə 800-dən artıq cərrahi əməliyyat icra olunur.

Şöbə həm də MOM-un elmi-tədqiqat bölmələrindən biri kimi fəaliyyət göstərir və burada süd vəzi xərçəngi probleminə həsr olunmuş geniş,çoxistiqamətli elmi tədqiqatlar aparılır.

Elmi və tibbi kadrların hazirliğı mərkəzdə akademik C.Ə.Əliyevin rəhbərliyi altında ordinatura, aspirantura, doktorantura kimi ali təhsildən sonrakı pillələri üzrə həyata keçirilir. Şöbənin əməkdaşları aparıcı onkoloji klinikalarda iş təcrübəsinə malik olmaqla yanaşı həm də aparıcı səhiyyə müəssisələri ilə elmi,praktiki və təhsil sahəsində sıx əlaqələr saxlayırlar.