Tibbi məlumatın elmi əsasları və tibbi arxiv şöbəsi
1941 ildə Elmi-tədqiqat rentgen-radiologiya İnstitutun təşkili zamanı xərçəngin statistik qeydiyyatı, sosial patologiyası və profilaktikası bölməsi yaradıldı (onun adı bir neçə dəfə dəyişmiş, o “statistika bölməsi”, 1988-ci ilə qədər – “təşkilatı-metodiki bölmə”, 1988-ci ildən sonra – “şişəleyhinə mübarizənin təşkilinin elmi əsasları bölməsi”, ondan sonra isə - “bədxassəli yenitörəmələrin epidemiologiyası və statistikası bölməsi” adlandırılırdı.
Bölmənin yaradılması və fəaliyyəti boyunca ona müxtəlif vaxt Y.P.Lavrov (1945-ci ilə qədər), İ.D.Marqulis (1948-ci ilə qədər), İ.Z.Mazarski (1949-ci ilə qədər), T.H.Nuriyeva (1954-ci ilə qədər), S.M.Qusman (1955-ci ilə qədər), M.M.Viderli (1956-ci ilə qədər), İ.K.Əfəndiyev (1957-ci ilə qədər) və E.İ.İbrahimov (1964-ci ilə qədər) rəhbərlik etmişlər. 1964-ci ildən başlayaraq 35 il ərzində bölməyə tibb elmləri namizədi, docent Fatma Hacı qızı Baxşəliyeva rəhbərlik edib. 1999-ci ildən 2006-cı ilə qədər bölmənin rəhbəri F.Ə.Mərdanlı olub.
Azərbaycan Respublikası SN Milli onkologiya mərkəzinin baş direktorunun 01.12.2006 il tarixli 151-K saylı əmri ilə Mərkəzin ştat cədvəlində dəyişikliklər aparılmışdır: 2 bölmə yaradılmışdır – bədxassəli yenitörəmələrin epidemiologiyası və statistikası bölməsi və tibbi məlumatın elmi əsasları və tibbi arxiv qrupu. Tibbi arxiv bədxassəli yenitörəmələrin epidemiologiyası və statistikası bölməsinin tərkibindən çıxarılıb, yeni yaradılan tibbi məlumatın elmi əsasları və tibbi arxiv qrupunun tərkibinə daxil edilmişdir.
Tibbi məlumatın elmi əsasları və tibbi arxiv qrupunun tərkibində tibbi informasiya bölməsi, elmi kitabxana və tibbi arxiv var.
Tibbi informasiya bölməsi bədxassəli yenitörəmələrin erkən diaqnostika, müalicə və profilaktikası üzrə dərc olunmuş elmi materialın toplanması ilə məşğul olur. Bununla yanaşı, bölmə Milli onkologiya mərkəzində aparılan və başa çatmış elmi-tədqiqat işlərinin qeydiyyatı və inventar nömrə alınması üçün bütün sənədləri hazırlayır.
Milli onkologiya mərkəzinin elmi kitabxanası kitabxananın məlumat-informasiya fondunun araşdırılması və eksperimental və klinik onkologiyaya aid yeni materiallarla təchiz olunması, tibbi ədəbiyyatın tərcüməsi, ixtira müəlliflərinə sənədlərin hazırlanması və patent axtarışında metodiki kömək göstərməyi ilə məşğuldur.
Tibbi arxiv Milli onkologiya mərkəzinin poliklinika-qəbul şöbəsini istifadəyə hazirlanmış yeni xəstəlik tarixləri, eləcə də müxtəlif vaxt Mərkəzdə müalicə olunan xəstələrin xəstəlik tarixləri ilə təmin edir. Tibbi arxiv MOM-nun əməkdaşlarına elmi iş aparılması üçün onları maraqlandıran mövzu üzrə xəstəlik tarixlərinin yığımında köməklik göstərir.
Tibbi məlumatın elmi əsasları və tibbi arxiv şöbəsinin rəhbəri prof. Mərdanlı Fuad Əlövsəт oğl