- dr.suleymanov@bk.ru
- +994(51) 633-81-83
2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
2012-2018-ci illərdə Gazi Universiteti Tibb fakültəsi xəstəxanası Torakal Cərrahiyyə böıməsində uzmanlıq təhsili almışdır.
2015-2018-ci illərdə Ankara Vərəm Savaş dərnəğində cərrah vəzifəsində çalışmışdır.
2018-ci ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində cərrah vəzifəsində çalışmaqdadır.
"Göğüs Cerrahisi"("Chest Surgery")kitabının türk dilində yazarlarından biridir.
Türkiyə Respublikasında fəaliyyət göstərən "Türkiye Solunum Araştırmaları Derneği", "Türk Göğüs Cerrahisi Derneği","Türk Toraks Derneği" dərnəklərinin üzvüdür.
Türkiyə Respublikasında "Tamamlayıcı Pnömonektomi Yapılan Hastalarda Uzun Dönem Prognoz" mövzusunda elmi iş müdafiə etmişdir.
20-ə yaxın yerli və xarici elmi-praktik konfranslarda,açıq və endoskopik cərrahiyyə sahəsinə aid praktik kurslarda aktiv iştirak etmişdir.
Milli Onkologiya Mərkəzinin Torakal onkologiya şöbəsində aparılan elmi-tədqiqat işlərində yaxından iştirak etmişdir.Yerli və xarici elmi-tibbi jurnallarda elmi məqalələrlə çıxış etmişdir.
20-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
Hazırda şöbədə "Ağciyər xərçənginin cərrahi əməliyyat sonrakı nəticələrin proqnozlaşdırılması" mövzusu üzrə aparılan elmi-tədqiqat işinin icrasında iştirak edir.
Ağciyərlərin, qida borusunun, traxeyanın, döş qəfəsinin, plevranın, timusun bədxassəli və xoşxassəli şişləri, pnevmotoraks, diafraqmanın anadangəlmə və qazanılma yırtıqları, diafraqma eventerasyonunun (diafraqma yüksəkliyi) açıq və endoskopik üsulla cərrahi müalicəsi; ayrıca döş qəfəsinin anadangəlmə defektlərinin (pectus excavatum,pectus carinatum), qoltuqaltı və əl tərləməsinin endoskopik üsulla müalicəsi.