- soltanthorax@mail.ru
- (+994 12) 537-08-11
1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almışdır.
1985-1987-ci illərdə Moskva şəhərinin Ümumittifaq onkoloji elmi mərkəzində kliniki ordinatura keçmişdir.
1988-1991-ci illərdə SSRİ T.E.A. Ümumittifaq onkoloji elmi mərkəzinin(hazırki R.O.E.M, R.T.E.A) Torakal onkologiya şöbəsində aspirantura təhsili almışdır.
1987-1988-ci illərdə Azərbaycan Rentgenologiya,Radiologiya və Onkologiya Elmi tədqiqat institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Onkoloji Elmi Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1992-1999-cu illərdə Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında Torakal cərrahiyə şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır.
1999-cu ildən Milli Onkologiya Mərkəzinin Torakal cərrahiyə şöbəsində şöbə müdiri vəzifəsində çalışmaqdadır.
Soltanov Ə.A. klinik onkologiya üzrə yüksək ixtisaslı mütəxəssisdir.
1991-ci ildə “Ağciyər xərçənginin cərrahi müalicəsinin çətinliklərı, səhvləri və fəsadları” mövzusu üzrə (hazırki R.O.E.M, R.T.E.A, Moskva) namizədlik dissertasiyasını müdafiə etmişdir.
2012-ci ildə “Ağciyər xərçənginin Azərbaycan Respublikasında yayılmasının epidemioloji xüsusiyyətləri” mövzusunda tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işini müdafiyə etmişdir.
170 dən çox elmi işi çap olunmuşdur. Bunlardan 1-i monoqrafiyadır.
Soltanov Ə.A. rəhbərliyi altında bir sıra elmi tədqiqatlar icra olunmuşdur.