Səyyar Diagnostika Kompleksi




Səyyar diaqnostika komkleksi 10.10.2006-cı ildən Milli Onkologiya Mərkəzində tərkibində fəaliyyət göstərir. Səyyar Diaqnostika Kompleksi əsəs məqsədi skrininqdir – şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Əsas vəzifəsi Azərbaycan Respublikasının müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrining zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir,hər hansı patologiya aşkar olunduqda  həmin xəstələr  müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu vardır.

Kompleksin tərkibində 1mammoqraf, 1 rentgen apparat, 1 ultrasəs apparatı vardır. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzlərinin maamoqrafiyası müayinələri aparılır. Hal hazırda kompleksin tərkibində həkim onkoginekoloq Nadirova T, rentgen-texnik Həmidov R. fəaliyyət göstərir.