Şüa Terapiyası Şöbəsi





Şöbənin rəhbəri  Azərbaycan Respublikası əməkdar elm xadimi, tibb elmləri doktoru, professor  İsayev İsa  Hüseyn oğlu. Şüa Terapiya Şöbəsi, 1940-cı ildə rentgenologiya, radiologiya və onkologiya Elmi Tədqiqat İnstitutunun  nəzdində yaradılıb. Hal-hazırda şöbənin kadr (qabaqcıl avropa və amerika klinikalarında təhsil) və texniki (müasir aparatura və kompüter proqramları) potensialı bədxassəli şişlərin radioterapiyasında bütün müasir üsullardan istifadə etməyə imkan verir. Şöbədə eyni zamanda elmi tədqiqatlar, kadr hazırlığı həyata keçirilir.

Şüa terapiyası şöbəsində müsair onkologiyada dünyanın aparıcı klinikalarında istifadə edilən bütün metodlar tam həcmdə həyata keçirilir. Bunlara:

  • 2D konvensional şüa müalicəsi,
  • 3D komformal şüa müalicəsi,
  • İntensivliyi modulyasiya edilmiş şüa müalicəsi (İMRT),
  • İGRT ( image-guided radiotherapy),
  • Qövsvari rotasiyalı intensivliyi modulyasiya edilmiş  şüa müalicəsi(RapidArc),
  • Stereotaktik radiocərrahiyyə (SRS),
  • Stereotaktik bədən radioterapiyası (SBRT),
  • Braxiterapiya (orqandaxili  şüa müalicəsi-ginekoloji onkoloji patologiyalarda və qida borusu xərçəngində, toxumadaxili şüa müalicəsi prostat və süd vəzi xərçəngində), konkurrent radiokimyaterapiya daxildirlər;

Şüa müalicəsi şöbəsində aparılan elmi tədqiqatlar aşağıdakı problemləri əhatə edir:

  • Qeyri-standart distansion və müştərək şüa terapiyasının, müxtəlif konkurrent ra­dio­kimyaterapiya rejimlərinin müqayisəli tədqiqi,
  • Müxtəlif orqanların bədxassəli şişlərin müalicəsində braxiterapiyanın effektinin öyrənilməsi,
  • Radiomodifikasiya edici agentlərin səmərəliliyinin öyrənilməsi,
  • Cərrahi əməliyyat önü və sonra şüa müalicəsinin müxtəlif variantlarının effektinin  öyrənilməsi,
  • Şüa, radiokimyaterapiya zamanı və müalicə qurtardıqdan sonra rast gələn reaksiya, fəsadların tədqiqi, onların optimal profilaktika və müalicə rejimlərinin hazırlanması.

Şüa terapiyası şöbəsi ən müasir avadanlıqlarla təchiz edilmişdir.

On­lar­dan:

  • Xətti sürətləndiricilər:
  • CLİNAC DHX 2100 CD (Varian firması, ABŞ)- 2 ədəd
  • CLİNAC 600C (Varian firması, ABŞ)- 1 ədəd
  • CLİNAC UNİQUE (Varian firması, ABŞ)- 1 ədəd
  • TrueBeam™ STX-2,0 sistemi quraşdırılır (Varian firması, ABŞ)
  • Gamma Med HDR Plus – braxiterapiya aparatı (Varian firması, ABŞ)
  • Terabalt – Co60 mənbəli aparat (Çexiya)
  • Rentgenoterapevtik aparat (Gulmay Medical X-ray Therapy Machine, İngiltərə)
  • Siemens Somatom – KT simulyator (Almaniya)
  • PHİLİPS BV Libra mobil rentgen nəzarət aparatı (Hollandiya isterhsalı)

Şüa müalicəsinin aparılması üçün müvafiq kompüter proqramları (ECLİPSE plan­laş­dırma sistemi -ABŞ istehsalı, Braxiterapiyanın idarəetmə sistemi – Gamma Med iX Bra­chyth­erapy Treatment Console- ABŞ istehsalı, BRACHYVISION planlaşdırma sistemi -ABŞ istehsalı, XİO Workstation 2006 planlaşdırma sistemi- Almaniya istehsalı, FOCAL Workstation topometrik iş stansiyası- Almaniya istehsalı).

Şüa terapiyası şöbəsinin bütün həkimləri göstərilən radioterapevtik cihazlardan tam həcmdə istifadə edirlər. Bu məqsədlə onlar dəfələrlə Avropanin (Almaniya, Belçika, Fransa, İngiltərə, Çexiya, Türkiyə və digərləri) aparıcı uni­ver­si­tet klini­ka­la­rında uzun müddətli kurslarda olmuşlar  və tədris prosesi fasiləsiz davam etd­i­ri­lir.