Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsi
Şöbə 2009-cu ildə akademik C.Ə.Əliyevin təşəbbüsü əsasında yaradılmışdır. Şöbə süd vəzisi və qadın cinsiyyət orqanlarının xərçəngönü xəstəliklərin müalicəsi və diaqnostikası üçün ixtisaslaşmışdır. Şöbədə yüksək peşəkarlığa malik ixtisaslaşmış həkimlər çalışır. Şöbədə xərçəngönü xəstəliklərin müalicə və diaqnostikası dünya standartlarına uyğun qaydada həyata keçirilir.
Bizim şöbədə xəstələr kompleks diaqnostik müayinələrdən keçir-bunlar insturmental və laborator müayinələr, mammoqrafiya və ultrasəs müayinəsidir. Xərçəng şübhəsi olduqda, diaqnoz mütləq histoloji müayinə ilə dəqiqləşdirilir. Vaxtında aparılmış kompleks müayinə nəticəsində süd vəzilərində və qadın cinsiyyət orqanlarında olan patoloji prosesi ilkin mərhələdə aşkarlamaq mümkündür və bu, müalicəni uğurla aparılmasına imkan verir.
Şöbə aparıcı xarici klinikalar ilə sıx əməkdaşlıq aparır. Süd vəzilərin şişönü xəstəliklərinin əsas müalicə və diaqnostika prinsipləri : ultrasəs müayinəsi , digital mammografiya -40 yaşdan yuxarı butun qadınlara və göstəriş üzrə daha cavan yaşlarda aparılır , ultrasəs və mammoqrafiya altında süd vəzilərin tru-cut biopsiya və punksion biopsiyaları , mastit və laktostazın müalicəsi, kista və fibroadenomaların cərrahi yolla müalicəsi yüksək müasir tipli avadanlıqlarla təchiz olunmuş stasionarda aparılır.
Şöbədə ambulator şəraitdə histeroskopiya, histerorezeksiyalar, uşaqlıq boynunun elektroeksiziyası, uşaqlıq boşluğunun küretajı, kolposkopiya, PAPsmear və uşaqlıq boynu biopsiyaları uğurla aparılır. Şöbədə endokrinoloq, fizioterapevt, dermatoloq və stomatoloji kabinet fəaliyyət göstərir.
Şöbənin əməkdaşları aparıcı xarici tibbi mərkəzlərdə iş təcrübəsi toplamış yüksək ixtisaslaşmış mütəxəssislərdir. Mütəxəssislərin ixtisaslaşdırılması və aparıcı klinikaların elmi praktiki yenilikləri ilə daimi mübadiləsi istənilən çətinlik dərəcəli müasir dərman terapiyasının şöbədə aparılmasına imkan verir.