Radionuklid Terapiya Şöbəsi




Radionuklid Terapiya şöbəsinin vəzifəsi radioaktiv maddələrlə müxtəlif bəd və xoş xassəli xəstəlikləri müalicə etməkdir. Hal hazırda bu məqsədlə dünyada ən çox istifadə edilən dərman maddəsi radioaktiv Yod-131 (I-131) adlı preparatdır. Radioaktiv yod müalicəsi tireotoksikoz (zəhərli zob) və qalxanabənzər vəzin xərçənginin (zob xərçəngi) müalicəsində istifadə olunur.


Radioaktiv yod : xüsusilə spesifik olaraq qalxanabənzər vəz toxumasında toplanan və radioaktiv maddə olduğu üçün vəzin toxumasını ləğv edən bir maddədir. Bu müalicə sadəcə xüsusi şəraitdə və radionuklid terapiya şöbəsində xüsusi ixtisaslaşmış mütəxəssislər (nuklear tibb uzmanları) tərəfindən verilir.

Müalicənin məqsədi nədir :

  • Tireotoksikoz (zəhərli zob) xəstələrində qana çox miqdarda tireoid hormonları ifraz edən vəz toxumasını normal vəziyətə salmaq.
  • Qalxanabənzər vəzin xərçəngi diaqnozu olan xəstələrdə cərrahi əməliyatdan sonra qalan tireoid toxumasını və əgər bədənin qalan yerlərinə də xəstəlik yayılıbsa həmin metastazları ləğv etməkdir.

Müalicə necə aparılır :

  • Preparat xəstəyə ağız yolu ilə aşağı dozalarda maye şəklində, yuxarı dozalarda isə kapsul şəklində verilir. Dərman iysiz və qoxusuzdur, qəbul edilməsi sadə və rahatdır. Doza xəstəliyə görə fərdi olaraq təyin edilir.

Əks göstərişlər :

  • Hamilə və süd verən xəstələrə bu müalicə verilmir. Müalicə alan xəstələr 9 ay sonra hamilə qala bilərlər.

Bundan başqa şöbəmizdə gələcək prespektivdə planlaşdırılan müalicə sahələri aşağıdakılardır :

  • I-131 (Yod-131)MIBG müalicəsi:  feoxromositomada, neyroendokrin şişlər, karsinoid şişlər və s. Xəstəliklərdə istifadə olunur.
  • Sm-153 (Samarium-153): sümük metastazı olan xəstələrdə ağrıları azaltmaq məqsədi ilə istifadə olunur.
  • Y-90 (Yitrium-90) mikrosfer müalicəsi: birincili və metastatik qaraciyər şişlərinin müalicəsində istifadə olunur.
  • Y-90 ilə birləşdirilmiş ibritumomab tiuksetan (Zevalin) müalicəsi: kimyaterapiyaya cavab alınmayan B hüceyrəli qeyri-hockin limfomaların müalicəsində istifadə olunur.
  • Lu-177 (Lutesyum-177) müalicəsi: neyroendokrin şişlərin müalicəsində istifadə olunur.
  • Radiosinovektomiya: hemofiliyadan sonra əmələ gələn artirit, revmatoit artirit, hemiartroz kimi oynağın sinovyal membranının iltihabının (sinovit) müalicəsində oynaq daxili inyeksiya şəklində istifadə olunur.