Radionuklid Diaqnostika Şöbəsi



Milli Onkologiya Mərkəzinin radionuklid şöbəsi 2008-ci ildən fəaliyyətə başlamışdır. Hazırda Azərbaycanda yeganə izotop şöbəsidir.

Şöbə təmin olunmuşdur :

  • İkibaşlı qamma kamera (General Electric)
  • SPECT/CT- 670 (General Electric)


                    

Şöbədə 01.09.2009-cu il tarixindən Monrol Nuklear Ürünler (Türkiyə) şirkətinə məxus Tc-99m istifadə olunur.

  

Şöbədə aşağıdakı müayinələr yerinə yetirilir :

  • Skeletin ssintiqrafiyası. Sümük ssintirafiyası vasitəsilə sümük sistemində ikincili dəyişikliklərin və sümüklərin birincili şişlərinin erkən təyin olunması.

  

  • Qalxanvarı vəzin ssintiqrafiyası. Qalxanvarı vəzin anatomik quruluşu, onun funksional vəziyyətinin və düyünlərin xarakterinin aşkar edilməsı.

  

  • Qalxanvarı vəz ətrafı ssintiqrafiya. Paratiroid adeonomanın lokalizasiyasının təyin edilməsi.

  

  • Dinamik böyrək ssintiqrafiyası. Böyrəklərin yumaqcıq filtrasiyası səviyyəsində funksiyasının təyin edilməsi.

  

  • Statik böyrək ssintiqrafiyası. Pielonefritdən sonra böyrəklərin kortikal zədələnmələrinin təyin edilməsi.

  

  • Miokardial ssintiqrafiya vasitəsilə perfuziyanın təyin edilməsi.